Yuxarı
    Bağlamaq

    ​“Zenit” klubu yeni baş məşqçi Mirça Luçeskunu ictimaiyyətə təqdim edib

    Rumın mütəxəssislə 2+1 illik müqavilə imzalanıb

    Buxarest. 3 iyun. REPORT.AZ/ “Zenit” futbol klubu 70 yaşlı rumıniyalı yeni baş məşqçi Mirça Luçeskunu ictimaiyyətə təqdim edib.

    "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, klub prezidenti Aleksandr Dyukov Sankt-Peterburqda keçirilən mətbuat konfransında bildirib ki, M.Luçesku zəngin təcrübəyə malikdir və karyerası ərzində böyük qələbələrə imza atıb.

    “Onun təcrübə və iddiaları “Zenit”in inkişafa doğru daha uğurlu addım atmasına kömək edəcək, azarkeşləri möhtəşəm oyun və parlaq qələbələrlə sevindirəcək", - deyə o bildirib.

    Klubun yeni baş məşqçisi öz növbəsində komandaya gəlişinə şad olduğunu bildirib:

    "Mən çox şadam ki, bu uğurlu addımı atdım və hazırda “Zenit”dəyəm. “Zenit”, “”MOİK” və “Şaxtyor” Şərqi Avropanın ən güclü futbol klublarından biridir. Rəhbərlik edəcəyim komanda nəinki Rusiyada, eləcə də Avropada tarix yazmağa iddialı klublardan biridir. Mən bura böyük həvəs və ruh yüksəkliyilə gəldim. İnanıram və azarkeşlərə səslənərək bildirmək istəyirəm ki, biz birlikdə çox böyük uğurlara imza atacağıq”- deyə baş məşqçi vurğulayıb.

    "Şaxtyor"dan ayrılan rumın mütəxəssis “Zenit” klubu ilə 2+1 illik müqavilə imzalamaqla baş məşqçi vəzifəsində portuqlaiyalı Andre Villaş-Boaşı əvəzləyib.

    1981-1986-cı illərdə Rumıniya millisinə başçılıq edən Mirça Luçesku müxtəlif illərdə “İnter” (Milan), “Qalatasaray”, “Beşiktaş” klublarında uğurla çalışıb. Son 12 illik (2004-2016) Ukrayna karyerasında isə “Şaxtyor” (Donetsk) klubu ilə ölkə çempionluğunu (8 dəfə), kubokunu (6), Super kubokunu (7) və UEFA Kubokunu qazanıb (1).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi