"Zenit"in yetirməsinin "Səbail"ə keçidi baş tutmayıb

"Zenit"in yetirməsinin "Səbail"ə keçidi baş tutmayıb Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyalı futbolçu Aleksey Qasilinin “Səbail”ə keçidi baş tutmayıb.
Futbol
23 Yanvar , 2019 11:16
Zenitin yetirməsinin Səbailə keçidi baş tutmayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyalı futbolçu Aleksey Qasilinin “Səbail”ə keçidi baş tutmayıb.

Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. O, bildirib ki, 23 yaşlı hücumçu Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “dənizçilər”in düşərgəsini tərk edib.

Heç bir yoxlama oyununda iştirak etməyən Qasilin şəxsi işləri ilə əlaqar “Səbail”dən ayrılıb və onun paytaxt klubuna keçidi baş tutmayıb. Baş məşqçi Aftandil Hacıyev baxışda olan serbiyalı müdafiəçi İqor Ristivoyeviç isə bəyənib. Onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Qasilin Rusiya “Zenit”inin yetirməsidir. O, karyerası ərzində Almaniya “Şalke”sinin ikinci komandasında, vətənində “Amkar” və Portuqaliyanın “Akademiku de Vizeu” kollektivlərində çıxış edib. 31 yaşlı Ristivoyeviç vətəninda “Maçva”nın formasını geyinib.

“Səbail” qış fasiləsində Elvin Yunuszadəni heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi