"Zenit"in baş məşqçisi Mirça Luçesku istefaya göndərilib

"Zenit"in baş məşqçisi Mirça Luçesku istefaya göndərilib Bu barədə klubun mətbuat xidməti məlumat yayıb
Futbol
28 May , 2017 21:36
Zenitin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib
Foto: TASS

Bakı. 28 may. REPORT.AZ/ Mirça Luçeski Rusiyanın "Zenit" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib. "Report"un Sankt-Peterburq klubunun rəsmi saytına istinadən məlumatına görə, Direktorlar Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl pozulmasına qərar verib.

Onu Roberto Mançininin əvəzləyəcəyi gözlənilir. Artıq klubun yeni prezidenti Sergey Fursenko italiyalı mütəxəssislə müqavilənin detallarını razılaşdırıb.

Qeyd edək ki, Mirça Luçesku "Zenit"ə 2016-cı il mayın 24-də baş məşqçi təyin olunub. 72 yaşlı mütəxəssis komandaya Rusiya Super Kubokunu qazandırıb. Sankt-Peterburq təmsilçisi Avropa Liqasında "pley-off"da mübarizəni dayandırıb, Premyer Liqada isə bürünc medalla kifayətlənib. 

Son xəbərlər

Orphus sistemi