Zeedorf "Deportivo"nun baş məşqçisi təyin edilib

Zeedorf "Deportivo"nun baş məşqçisi təyin edilib Onun əvvəlki iş yeri Çin klubu olub
Futbol
5 Fevral , 2018 22:57
Zeedorf Deportivonun baş məşqçisi təyin edilib

Bakı. 5 fevral. REPORT.AZ/ İspaniyanın "Deportivo" klubunun baş məşqçi postuna ötən illərin məşhur holland futbolçusu Klarens Zeedorf təyin olunub.

“Report” xəbər verir ki, bu barədə klubun saytı yazıb.

"Milan"ın keçmiş oyunçusu və məşqçisi ispan komandası ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb. Klarens Zeedorf bu postda Kristobal Parralonu əvəz edib.

41 yaşlı Zeedorfun əvvəlki iş yeri Çinin "Şençjen" klubu olub.

La-Korunya klubu 22 turdan sonra İspaniya çempionatında 18-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi