Zavarov Ukrayna ordusunda döyüşməkdən imtina edib

Zavarov Ukrayna ordusunda döyüşməkdən imtina edib "Ailəm və uşaqlarımın yaşadığı, valideynlərimin dəfn olunduqları ərazidə heç vaxt vuruşmayacağam"
Futbol
16 Fevral , 2015 09:52
Zavarov Ukrayna ordusunda döyüşməkdən imtina edib

Bakı. 16 fevral. REPORT.AZ/ Ötənlərin məşhur sovet və ukraynalı futbolçusu Aleksandr Zavarov Donbass ərazisində döyüşməkdən imtina edib. "Report"un məlumatına görə, hazırda Ukrayna yığmasında baş məşqçi köməkçisi vəzifəsində çalışan 54 yaşlı mütəxəssis ölkə qoşunlarının tərkibində separatçılara qarşı səfərbərlikdən boyun qaçırıb. 

"Yalnız bir şeyi söyləyə bilərəm: Ailəm və uşaqlarımın yaşadığı, valideynlərimin dəfn olunduqları ərazidə heç vaxt vuruşmayacağam. Belə də yazın. Sadəcə, sülhün bərqərar olmasını istəyirəm" deyə ötənlərin məşhur futbolçusu bildirib.   

Qeyd edək ki, bir müddət öncə Ukrayna Futbol Federasiyasının (FFU) 89 əməkdaşına səfərbərliyin dördüncü dalğası üçün çağırış gəlib. Hərbi komissarlığa dəvətlilər arasında əslən Luqanskdan olan Aleksandr Zavarovdan əlavə, yığmanın qapıçılarla işləyən 57 yaşlı məşqçisi Yuri Sivuxa da olub. Çağırış vərəqələri onlara şəxsən yox, FFU rəhbərliyinə verilib. Zavarov futbolçu qismində Ukraynada Luqanskın "Zarya", Kiyevin "Dinamo", İtaliyada "Yuventus", Fransada "Nansi" klublarının və SSRİ yığmasının şərəfini qoruyub. 1986-cı ildə SSRİ-nin ən yaxşı futbolçusu, "Dinamo"nun heyətində Kuboklar Kubokunun sahibi, 1990-cı ildə isə "Yuventus"la UEFA Kubokunun sahibi olub. 

Son xəbərlər

Orphus sistemi