Yuxarı

Bakı "İnter"inin 3 futbolçusu zədəlidir

Zaur Svanadze Antalya toplanışından və yeni transferlərdən danışıb

Bakı. 15 yanvar. REPORT.AZ/ "Bu bizim ikinci oyunumuz idi. İki matçımızı iki gün öncə keçirdiyimizdən, futbolçularımızda yorğunluq hiss olunurdu". "Report"un məlumatına görə, bunu Almaniya "Verder"i ilə (0:1) keçirilmiş yoxlama görüşündən sonra "İnter"in baş məşqçisi Zaur Svanadze klub televiziyasına açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssisin fikrincə, minimal hesablı məğlubiyyətə rəğmən, komandası normal çıxış edib. Hazırlıqlarını davam etdirəcəklərini və çatışmazlıqlar üzərində işləyəcəklərini bildirən Z.Svanadze yeni transferlərdən də danışıb: "Kamran Ağayev və Vüqar Nadirov komandaya normal qoşulublar. Qara Qarayev isə gəncdir, məncə, yaxşı perspektivi var. Onu ikinci oyundur ki, meydana buraxırıq. Hələlik Qarayevdən razıyam. Bundan başqa, heyətdə yeni futbolçuların olacağı gözlənilir. Məndə olan məlumata görə, bu istiqamətdə iş gedir. Gözləyirik".

58 yaşlı baş məşqçi toplanışın zədəsiz ötüşmədiyini də əlavə edib: "Toplanış normal məcrada davam edir. Təəssüf ki, həmişəki kimi, zədəsiz ötüşmür. Mirhüseyn Seyidov və Mirsahib Abbasov zədələnib. Rauf Əliyev isə müalicə kursu keçir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi