Yuxarı

Zaur Svanadze: "İnter" yaşamağa layiqdir"

Zaur Svanadze: "İnter" yaşamağa layiqdir"
Ağabala Ramazanovla Ruslan Abışova da təşəkkür edirəm

Bakı. 10 aprel. REPORT.AZ/ "Komandamı təbrik edirəm. Bu, bizim üçün çox yaxşı nəticədir. Əməyi olan hər kəsi təbrik edirəm. AFFA-ya təşəkkür edirəm, çətin anlarda kömək etdilər. Hər zaman bizimlə olan azarkeşlərimizə minnətdaram".

"Report"un məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edərək, ən azı bürünc medalları təmin etdikləri oyundan sonra deyib. Gürcüstanlı mütəxəssis matçın maraqlı keçdiyini bildirib: "Yaxşı başladıq, qol vurduq. Ancaq bir qədər sayıqlığı itirdik. Nəticədən razıyam. Növbəti oyunlarımızı düşünəcəyik".

Z.Svanadze maliyyə problemləri yaşayan "İnter"in gələcək taleyi barədə məlumatsız olduğunu söyləyib: "Hələlik heç nə deyə bilmərəm. Komanda yaşamağa layiqdir. Gözləyirik. Futbolçularımız peşakardırlar. Onlar başa düşürdülər ki, komandanın gələcək taleyi baxımından nəticə vacibdir. Yeri gəlmişkən, qış fasiləsinə qədər bizimlə olan Ağabala Ramazanova və Ruslan Abışova təşəkkür edirəm. Onların da bu nəticəmizdə əməyi olub".

Qeyd edək ki, "İnter" çempionluq şansını itirsə də, gümüş medallara iddiasını saxlayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi