​Zaur Svanadze: "Futbolçularla danışıqlar aparacağıq"

​Zaur Svanadze: "Futbolçularla danışıqlar aparacağıq" "Onda müəyyən edəcəyik ki, kimlər qalacaq"
Futbol
23 Noyabr , 2015 19:40
​Zaur Svanadze: Futbolçularla danışıqlar aparacağıq

Bakı. 23 noyabr. REPORT.AZ/ "Əvvəldən bilirdim ki, çətin oyun olacaq, təzyiq altında oynadım. Şadam ki, növbəti 3 xalı qazandım". "Report"un məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.

Azərbaycan Premyer Liqasının XIII turunda AZAL-la keçirilmiş oyun haqda danışan əcnəbi mütəxəssis bunları bildirib: "Bir həftədən sonra həmin futbolçularla yenidən danışıqlar aparacağıq. Onda müəyyən edəcəyik ki, kimlər qalacaq. Başqa klublardan bizim futbolçulara təklif gələrsə, şad olarıq. Təbii ki, onların gedib-getməməyi də bizim məqsədimizə bağlıdır. Burada söhbət klubun ilk üçlükdə olub-olmamasından, Avrokuboklara düşməsindən gedir. Qış transferində nələrin olacağı da hələ bilinmir".

Qeyd edək ki, "İnter" - AZAL görüşü 2:0 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi