Yuxarı

​Zaur Svanadze: "Cavab görüşünə zərrə qədər də olsa, ümidim var"

Klubda maliyyə problemləri olsa da, maaşlar ödənilib və futbolçular cavab görüşünə motivasiya ilə çıxacaq

Bakı. 5 avqust. REPORT.AZ/ "Komanda cavab görüşünə hazırdır və zədəli futbolçumuz yoxdur. "Atletik" komandasına yaxşı müqavimət göstərməyə hazırlaşırıq". Bunu bu gün keçirilən mətbuat konfransında Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze deyib.

Avropa Liqasının III təsnifat mərhələsində İspaniya "Atletik"i (Bilbao) ilə qarşılaşmadan öncə fikirlərini bildirən baş məşqçi mərhələ keçəcəklərinə ümidi olduğunu deyib: "Zərrə qədər də olsa, ümidim var. Bu futboldur və hər şey ola bilər. Azarkeşlərimiz var və onların dəstəklərini gözləyirik".

Baş məşqçi deyib ki, klubda maliyyə problemləri olsa da, maaşlar ödənilib və futbolçular cavab görüşünə motivasiya ilə çıxacaq.

O, komandanın yeni transferi Ruslan Əmircanovdan da danışıb: "Hələ Ruslan oyuna hazır deyil və məşqlər edir. Bir müddətdən sonra onun hansı formada olub-olmamasına baxacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi