Zaur İsmayılov: "Müdafiədən oynayan komandaya qarşı mübarizə aparmaq çətin idi"

Zaur İsmayılov: "Müdafiədən oynayan komandaya qarşı mübarizə aparmaq çətin idi" Bakı. 20 iyul. REPORT.AZ/ Keşlənin baş məşqçi vəzifəsini icra edən Zaur İsmayılov Avropa Liqasının I təsnifat mərhələsində Maltanın Baltsan klubu üzərində 2:1 hesablı qələbədən sonra mətbuat konfransı keçirib.
Futbol
20 İyul , 2018 00:42
Zaur İsmayılov: Müdafiədən oynayan komandaya qarşı mübarizə aparmaq çətin idi

Bakı. 20 iyul. REPORT.AZ/ "Keşlə"nin baş məşqçi vəzifəsini icra edən Zaur İsmayılov Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubu üzərində 2:1 hesablı qələbədən sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, gənc mütəxəssis mübarizənin dayandırmalarına səbəb kimi səfərdə 1:4 hesablı məğlubiyyəti əsas gətirib:

- Səfərdəki 3 top fərqini aradan qaldırmaq çətin idi. Yenə də ümidimizi itirmirdik. Fikirləşirdik ki, erkən qolla dönüş edə bilərik. Tez qol vurduq, ancaq sonradan gördünüz ki, rəqib necə oyunu uzatdı. Bunu bilirdik, çünki Maltada da belə olmuşdu. Müdafiədən oynayan komandaya qarşı mübarizə aparmaq çətin idi. Cinahlardan hücumlara üstünlük verdik, iki hücumçuyla oynadıq. Təəssüf ki, mübarizəni dayandırdıq. Rəqibi təbrik edirəm.

- Vaqif Cavadovla Fuda Bayramovun ehtiyatda qalması nə ilə bağlı idi?

- İlk oyundan sonra əsas heyətdə dəyişikliklər etdik.

- Yuri Maksimov da bu futbolçuların rəhbərliyin göstərişiylə göndərilməsinə işarə vurmuşdu...

- Oyunun gedişində hücumçular buraxdıq.

- Vaqif oyunu gücləndirə bilıməzdi?

- Açığı, bu gedişləri fikirlərşirdim. Sonda bu qərarı verdim. Onlar komandada qalacaqlar.

- Məmməd Quliyevin kobud səhvi qırılma nöqtəsi idi ki, yoxa qatar artıq getmişdi?

- Məmməd girəndən sonra komandamız qol vurdu. Sonradan isə onun səhvi ucbatından qapımızdan top buraxdıq. Bu, autu yerinə yetirərkən texniki səhvi idi. Əlbəttə, bu, qırılma nöqtəsi idi. Bundan sonra 2 qol vurmaq çətin idi. Ancaq belə səhv olmasaydı, 3-cü qolu vurub mərhələ keçmək şansımız qalırdı.

- Rusiyalı hakimlərin səhvləri göz qabağında idi. Olmazdı ki, rus dilində onlarla dialoqa girərdiniz? Siz isə əksinə, futbolçularınızı sakitləşdirirdiniz...

Yan xətt və 4-cü hakimə sözümü deyirdim. Əsas iradım qapıçının vaxt uzatmasıyla bağlı idi. Sadəcə, bizə münaqişə lazım olmadığından futbolçularımızı sakitləşdirirdim.

- Klub prezidenti Zaur Axundov oyundan sonra komandaya nə dedi?

- Hamıya "sağ ol" dedi. Gördü ki, qol şanslarımız oldu. O da dedi ki, ilk oyunda səhvlərimizdən 4 qol buraxdıq və bu, həlledici oldu. 

- Bu mərhələni keçərək baş məşqçi postunda qalmağa ümidiniz vardı?

- Əlbəttə. Özlüyümdə fikirləşirdim ki, mərhələni keçərik və mənə gələcəkdə baş məşqçi olmaqla bağlı şans yaranar.

Son xəbərlər

Orphus sistemi