Zaur Həşimov məğlubiyyətin səbəbini açıqladı

Zaur Həşimov məğlubiyyətin səbəbini açıqladı Oyuna indi olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi. Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey qara zolağa düşməkdir. Mən bundan qorxurdum.
Futbol
22 Fevral , 2020 19:16
Zaur Həşimov məğlubiyyətin səbəbini açıqladı

"Oyuna indi olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi. Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağ"a düşməkdir. Mən bundan qorxurdum".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın XVIII turunda "Keşlə"yə 0:4 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komanda 8 nəfərlə mübarizə apara bilməz: "Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundan kənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, oyundan kənar vəziyyətdir".

Həşimov "Zirə"də böyük problemlərin olduğunu söyləyib: "Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddır. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıdır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sonra kimi vuruşacağıq".

Son xəbərlər

Orphus sistemi