Zaur Axundov: "Qol buraxmadan qalib gəlməyimizə sevinirəm"

Zaur Axundov: "Qol buraxmadan qalib gəlməyimizə sevinirəm" "İnter”in Müşahidə Şurasının sədri: "Fikrimizi oyuna yönəltmişdik"
Futbol
7 İyul , 2017 01:13
Zaur Axundov: Qol buraxmadan qalib gəlməyimizə sevinirəm

Bakı. 7 iyul. REPORT.AZ/ Serbiyanın “Mladost” komandasını hər iki oyunda məğlub edərək (3:0, 2:0) Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “İnter” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov jurnalistlərin suallarını cavablandırıb. 

“Report” həmin müsahibəni təqdim edir:

- Cavab matçında qələbə gözləyirdiniz?

- Düzdür, birinci oyunun nəticəsindən sonra komandanın boşluq verəcəyindən qorxurduq. Lakin komanda ilə söhbətimiz oldu və qol buraxmadan qalib gəlməyimizə sevinirəm. Ümumi hesabda 5:0 qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazandıq. Bütün futbol ictimaiyyətini təbrik edirəm.

- Bu matça qədər may ayının maaşları ödənilməli idi...

- Fikrimizi oyuna yönəltmişdik. Komandada maaş problemi 95 faiz yoxdur. Maaşlar ödənilib.

- Deyəsən, mükafat söz vermişdiniz...

- Xeyr. Komandanı qələbə münasibəti ilə təbrik etdim.

- Klubun bazası ilə bağlı problem yaranıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu bir az çətin məsələdir. Açığı, bizim üçün sürpriz oldu. Bunu gözləmirdik. “Aqrokredit” bankı bizimlə müqaviləni uzatmaq istəmədi. Mərdəkanda “Dalğa Arena” kimi gözəl stadion və təlim-məşq bazası var. Yəqin ki, ora yerləşəcəyik.

- “İnter”in sponsoru “Səmayə” şirkəti olacaq?

- “Səmayə” şirkəti futzalda “Araz” komandasına da sponsorluq edir. Avropa Liqasında bu şirkətin loqosu ilə çıxış etdik. Lakin bu yalnız avrokubok üçündür. Ola bilər ki, çempionatda başqa sponsor olsun. Növbəti rəqibimiz Lüksemburq komandasıdır. Beş gün ərzində bu matça hazırlaşacağıq.

- “Neftçi” komandası ilə müqavilə bağlayan qapıçınız Səlahət Ağayevin aqibəti necə olacaq?

- Dəstəyə görə “Neftçi”yə təşəkkür edirəm. Yəqin ki, hansısa mərhələyə qədər Səlahətinin bizə kömək etməsi üçün onlardan xahiş edəcəyik.

Son xəbərlər

Orphus sistemi