Yuxarı

Zaur Axundov: "Gəlmək istəmirsə, təyyarəyə məcbur mindirib gətirmək olmaz"

Zaur Axundov: "Gəlmək istəmirsə, təyyarəyə məcbur mindirib gətirmək ol

"Avropa Liqasının final oyunu Bakıda keçiriləcək. Bundan böyük canlanma ola bilməz. Bu gün bütün idman ictimaiyyəti bu tədbirlə yaşayır. Həm stadion, həm infrastruktur; bir sözlə, hər şey tam hazırdır. Düşünürəm ki, bu, Azərbaycan üçün bayram olacaq". 

Bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final matçı barədə danışarkən deyib.

O, "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi məsələsinə də münasibət bildirib. Axundov bunu yarımmüdafiəçinin şəxsi problemi ilə əlaqələndirib: "Bu, qaldı tarixdə. Azərbaycan və UEFA tərəfindən təhlükəsizliklə bağlı təminat verildi. İnsan özü gəlmək istəmirsə, təyyarəyə məcbur mindirib gətirmək olmaz. Özünün şəxsi problemi idi. Azərbaycanda keçirilən turnirlərdə dəfələrlə Ermənistan idmançıları iştirak ediblər. Dövlət səviyyəsində tam zəmanət verilir, heç bir problem də ola bilməz. Sadəcə, onlar bu dəfə məsələni siyasiləşdirmək istədilər. Bu da təbii ki, alınmaz".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi