Zaqatalanın "Simurq" klubu çexiyalı hücumçusu ilə yollarını ayırıb

Zaqatalanın "Simurq" klubu çexiyalı hücumçusu ilə yollarını ayırıb Lukas Tresnakla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
Futbol
10 Dekabr , 2014 10:42
Zaqatalanın Simurq klubu çexiyalı hücumçusu ilə yollarını ayırıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Zaqatalanın "Simurq" klubu qış transfer pəncərəsi açılmamış bir futbolçusu ilə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, çexiyalı hücumçu Lukas Tresnakla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. 

Mövsümün əvvəlində transfer olunmuş 26 yaşlı forvard Topaz Premye Liqasında 8 qarşılaşmada 166 dəqiqə meydanda olub.

Son xəbərlər

Orphus sistemi