"Zalsburq"un hücumçusu oyun zamanı 4 dəqiqə huşsuz vəziyyətdə qalıb

"Zalsburq"un hücumçusu oyun zamanı 4 dəqiqə huşsuz vəziyyətdə qalıb Hazırda onun vəziyyətinin sabit və sağlamlığı üçün təhlükə olmadığı bildirilir
Futbol
20 Mart , 2018 15:46
Zalsburqun hücumçusu oyun zamanı 4 dəqiqə huşsuz vəziyyətdə qalıb

Bakı. 20 mart. REPORT.AZ/ "Zalsburq" klubunun futbolçusu Munas Dabbur Avstriya Bundesliqasının XXVII turunda "Austriya" ilə oyun zamanı 4 dəqiqəyədək huşsuz vəziyyətdə qalıb.

"Report"un məlumatına görə, israilli hücumçu ikinci hissədə rəqib müdafiəçi Ştefan Ştanql ilə kəllə-kəlləyə toqquşduqdan sonra yerə sərilib. 

25 yaşlı forvard meydandan xərəklə çıxarılıb və xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin sabit və sağlamlığı üçün təhlükə olmadığı bildirilir. Lakin növbəti oyunlarda Dabbur meydana çıxa bilməyəcək.

Qeyd edək ki, görüş "Zalsburq"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Munas Dabbur bu mövsüm Bundesliqada 24 oyuna 16 qol vurub. 

Son xəbərlər

Orphus sistemi