"Yuventus" yeni qapıçısını təqdim edib

"Yuventus" yeni qapıçısını təqdim edib "Ümidvaram ki, biz Çempionlar Liqasını qazana biləcəyik"
Futbol
19 İyul , 2017 17:30
Yuventus yeni qapıçısını təqdim edib

Bakı. 19 iyul. REPORT.AZ/ İtaliyanın "Yuventus" futbol klubu yeni transferi Voytsex Şensnını ictimaiyyətə təqdim edib.

"Report"un məlumatına görə, 4 illik müqaviləyə imza atan polşalı qapıçı yeni komandasında 23 nömrəli forma ilə çıxış edəcək. 27 yaşlı qolkiperin keçidi Turin təmsilçisinə 9 milyon avroya başa gəlib. O, verdiyi açıqlamada komandanın əfsanəsi Canluici Buffonla danışdığını və tərəddüd etmədən təklifi qəbul etdiyini açıqlayıb: "Bu çağırışı qəbul etməyə hazıram. "Yuventus" karyeramda mümkün variantlardan ən yaxşısıdır. 27 yaşım var və qalib gəlmək istəyirəm. "Yuventus"da bu, mümkündür. Ümidvaram ki, biz Çempionlar Liqasını qazana biləcəyik". 

Qeyd edək ki, Voytsex Şensnı son 2 mövsümü icarə əsasında İtaliya "Roma"sında keçirib. O, müqavilə üzrə İngiltərə "Arsenal"ına məxsusdur.

Son xəbərlər

Orphus sistemi