"Yuventus" və "Ayaks" De Liqtin transferi ilə bağlı yekun razılığa gəlib

"Yuventus" və "Ayaks" De Liqtin transferi ilə bağlı yekun razılığa gəlib Ayaksın kapitanı Mateys de Liqt Turin Yuventusuna transferin bir addımlığındadır.
Futbol
16 İyul , 2019 05:37
Yuventus və Ayaks De Liqtin transferi ilə bağlı yekun razılığa gəlib

"Ayaks"ın kapitanı Mateys de Liqt Turin "Yuventus"una transferin bir addımlığındadır.

"Report" "Sky Sport Italy" nəşrinə istinadən xəbər verir ki, Niderland klubu 19 yaşlı futbolçuya görə 75 mln. avro əldə edəcək.

Daha əvvəl İtaliya klubu ilə futbolçu arasında şəxsi müqavilə ilə bağlı razılaşmanın əldə olunması barədə razılığa gəlindiyi barədə məlumat verildiyini nəzərə alsaq, transferlə bağlı rəsmi açıqlamanın artıq bu həftə baş tutacağı gözlənilir. Hazırda De Liqtin tibbi müayindən keçməsi qalıb.

Onun yeni komandada 4 nömrə altında çıxış etmək istədiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi