"Yuventus" "Valensiya"nın müdafiəçisini transfer edib

"Yuventus" "Valensiya"nın müdafiəçisini transfer edib Turinlilər Joau Kanseluya görə 40,4 mln. avro ödəyəcəklər
Futbol
27 İyun , 2018 22:38
Yuventus Valensiyanın müdafiəçisini transfer edib

Bakı. 27 iyun. REPORT.AZ/ İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Joau Kanselu karyerasını İtaliya "Yuventus"unda davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı portuqaliyalı futbolçu 30 iyun 2023-cü ilə qədər Turin komandası ilə müqavilə imzalayıb.

"Yuventus"un mətbuat xidmətinin məlumatına görə, klub oyunçuya görə "Valensiya"ya 40,4 milyon avro ödəyəcək. Turinlilər bu məbləği növbəti üç ildə bir neçə dəfəyə ödəyəcəklər.

Kanselu ötən mövsümü icarə əsasında İtaliya "İnter"ində keçirib. O, 26 oyunda 1 dəfə fərqlənməyi bacarıb və 3 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi