Yuxarı
    Bağlamaq

    "Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

    Həmçinin Turin klubu 300 min avro cərimə olunub

    Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli bilet satışı ilə bağlı fırıldaqçılığa görə bir il müddətinə futboldan kənarlaşdırılıb.

    "Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, həmçinin Turin klubu 300 min avro məbləğində cərimə olunub.

    Qərar İtaliya Futbol Federasiyasının İdman Tribunalı (FIGC) tərəfindən qəbul olunub.

    FIGC prokurorluğu Anyellini iki il yarım müddətinə futboldan kənarlaşdırmağı, onu 50 min avro, "Yuventus"u isə 300 min avro cərimələməyi, eyni zamanda "Qoca Sinyora"nın üzərinə iki ev oyununu boş tribunalar önündə keçirmək öhdəliyi qoymağı tələb edib.

    Anyelli İtaliya Futbol Federasiyası məcəlləsinin iki maddəsini pozmaqda – bilet satışı üzrə fırıldaqçılıq və möhtəkirlərlə əlaqədə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi