Ronaldu və Duqlas Kosta "Ayaks"a qarşı oynaya biləcək

Ronaldu və Duqlas Kosta "Ayaks"a qarşı oynaya biləcək İtaliya Yuventusunun futbolçusu Kriştianu Ronaldu zədədən sonra bərpa olunub.
Futbol
9 Aprel , 2019 05:50
Ronaldu və Duqlas Kosta Ayaksa qarşı oynaya biləcək

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu zədədən sonra bərpa olunub.

"Report" xəbər verir ki, portuqaliyalı ötən gün ümumi qrupda məhdudiyyətsiz məşq edib. Beləliklə, portuqaliyalı hücumçu aprelin 10-da Çempionlar Liqasının ilk 1/4 final matçında "Ayaks"a qarşı oynaya biləcək.

Komandada ümumi heyətə həmçinin braziliyalı hücumçu Duqlas Kosta da qayıdıb. Yarımmüdafiəçi Emre Can isə "Milan"a 2:1 hesabı ilə qalib gəldikləri İtaliya çempionatının 32-ci tur matçında aldığı zədəyə görə məşqi buraxmalı olub.

Qeyd edək ki, "Ayaks" - "Yuventus" matçı Amsterdamdakı "Yohan Kroyff Arena"da keçriləcək. 

Son xəbərlər

Orphus sistemi