“Yuventus”un futbolçusu ürəyindən əməliyyat olunub

“Yuventus”un futbolçusu ürəyindən əməliyyat olunub Bakı. 20 fevral. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubunun futbolçusu Sami Xedira ürəyindən əməliyyat olunub.
Futbol
20 Fevral , 2019 17:06
“Yuventus”un futbolçusu ürəyindən əməliyyat olunub

Bakı. 20 fevral. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubunun futbolçusu Sami Xedira ürəyindən əməliyyat olunub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. Xediranın bərpa prosesi, təxminən, 1 ay çəkəcək. O, cari mövsümdə müxtəlif zədələr üzündən A Seriyasında cəmi 9 oyunda meydana çıxa bilib və 2 qol, 1 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Yuventus” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk oyunda İspaniya “Atletiko”sunun qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi