"Yuventus"un futbolçusu Ronaldunun məsləhəti ilə klubunu dəyişib

"Yuventus"un futbolçusu Ronaldunun məsləhəti ilə klubunu dəyişib Bakı. 10 avqust. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun futbolçusu Stefano Sturaro karyerasını Portuqaliya təmsilçisi Sportinqdə davam etdirəcək.
Futbol
10 Avqust , 2018 16:27
Yuventusun futbolçusu Ronaldunun məsləhəti ilə klubunu dəyişib

Bakı. 10 avqust. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Stefano Sturaro karyerasını Portuqaliya təmsilçisi "Sportinq"də davam etdirəcək.

"Report" “Tuttosport”a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçinin agenti məlumat verib. O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək.

Agentin bildirdiyinə görə, Sturaro özünü başqa ölkədə də sınamaq istəyib və “Yuventus”dakı komanda yoldaşı – portuqaliyalı Kriştianu Ronaldunun məsləhətinə güvənərək "Sportinq"ə keçib.

Qeyd edək ki, Sturaro 2014-cü ildən "Yuventus"da çıxış edib. Ronaldu isə “Sportinq”in yetirməsidir.

Son xəbərlər

Orphus sistemi