Bakı. 4 yanvar. REPORT.AZ/ "Yuventus" Turin derbisində "Torino" üzərində qələbə qazanaraq futbol üzrə İtaliya Kubokunun yarımfinal mərhələsinə adlayıb.
“Report” xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.
"Qoca sinyora"nın heyətində Duqlas Kosta (15-ci dəqiqə) və Mario Mancukiç (67-ci dəqiqə) fərqlənib.
"Yuventus" yarımfinalda "Atalanta"ya qarşı oynayacaq.
Bundan əvvəl "Atalanta" "Napoli"ni məğlub edərək İtaliya Kubokunun ½ final mərhələsinə vəsiqə qazanıb.