"Yuventus" səfərdə "Milan"ı məğlub edib - VİDEO

"Yuventus" səfərdə "Milan"ı məğlub edib - VİDEO Turin klubu bu qələbə sayəsində ikinci pilləyə yüksəlib
Futbol
28 Oktyabr , 2017 21:59
Yuventus səfərdə Milanı məğlub edib - VİDEO

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Yuventus" futbol üzrə İtaliya çempionatının 11-ci turunda "Milan"ı məğlub edib.

“Report” xəbər verir ki, görüş Milan şəhərinin "San-Siro - Cuzeppe Meatsa" stadionunda keçirilib və Turin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər iki qola argentinalı hücumçu Qonsalo İquain imza atıb.

"Yuventus" bu qələbə sayəsində xallarını 28-ə çatdırıb və A Seriyasında ikinci pilləyə yüksəlib. "Milan" (16) 8-ci yerdə qərarlaşıb.

İtaliya – A Seriyası. 11-ci tur

"Milan" – "Yuventus" - 0:2

0:1 – İquain – 23, 0:2 – İquain – 63

Son xəbərlər

Orphus sistemi