Yuxarı
    Bağlamaq

    İtaliya çempionatı: "Yuventus" "Sampdoriya"nı məğlub edərək liderliyini qoruyub - VİDEO

    İnter üç oyunluq məğlubiyyət seriyasına son qoyub

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 10-cu turu çərçivəsində Turinin "Yuventus" klubu evdə Genuyanın "Sampdoriya" kollektivi üzərində 4:1 hesablı qələbə qazanaraq liderliyini qoruyub.

    "Report" xəbər verir ki, meydan sahiblərinin heyətində Mario Mancukiç (4-cü dəqiqə), Corco Kyellini (9, 87) və Miralem Pyaniç (65) fərqlənib. "Sampdoriya"nın yeganə qolunu Patrik Şik (57) vurub.

    "Yuventus" bu qələbə sayəsində xallarının sayını 24-ə yüksəldib və yaxın izləyicisi "Roma"nı 2 xal qabaqlayır. "Sampdoriya" isə 11 xal ilə 15-ci yerdə qərarlaşıb.

    Digər qarşılaşmalarda "Roma" səfərdə "Sassuolo"nu 3:1, "Napoli" evdə "Empoli"ni 2:0, "İnter" isə ardıcıl üç məğlubiyyətdən sonra doğma meydanda "Torino"nu 2:1 hesabı ilə məğlub edib. Eyni zamanda "Latsio" öz meydanında "Kalyari"ni 4:1, "Atalanta" isə səfərdə "Peskara"nı 1:0 hesabı ilə yenib. "Kyevo" və "Boloniya" görüşündə qalib müəyyənləşməyib - 1:1.

    .

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi