"Yuventus" 12-ci dəfə İtaliya Kubokuna yiyələnib - VİDEO

"Yuventus" 12-ci dəfə İtaliya Kubokuna yiyələnib - VİDEO Turinlilərin heyətində Dani Alves və Leonardo Bonuççi fərqləniblər
Futbol
18 May , 2017 01:36
Yuventus 12-ci dəfə İtaliya Kubokuna yiyələnib - VİDEO

Bakı. 18 may. REPORT.AZ/ "Yuventus" futbol komandası tarixində 12-ci dəfə İtaliya Kubokuna sahib olub. 

"Report" xəbər verir ki, Turin klubu Romadakı "Olimpiko" stadionunda keçirilən final matçında "Latsio"nu 2:0 hesabı ilə məğlub edib. Qolları 12-ci dəqiqədə Dani Alveş, 24-cü dəqiqədə isə Leonardo Bonuççi vurub. 

Bu, "Yuventus"un ardıcıl 3-cü ölkə kuboku olub. Əvvəllər isə Turin klubu 1937/1938, 1941/1942, 1958/1959, 1959/1960, 1964/1965, 1978/1979, 1982/1983, 1989/1990, 1994/1995 mövsümlərində bu mükafata yiyələnib.

Qeyd edək ki, "Yuventus" İtaliya çempionatında 85 xalla liderdir. Üstəlik, bu komanda iyunun 3-də Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"i ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi