"Yuventus" Moratanı icarəyə götürəcək

"Yuventus" Moratanı icarəyə götürəcək Bakı. 12 may. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu cari mövsüm başa çatandan sonra İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Alvaro Moratanı icarəyə götürəcək.
Futbol
12 May , 2018 13:33
Yuventus Moratanı icarəyə götürəcək

Bakı. 12 may. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu cari mövsüm başa çatandan sonra İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Alvaro Moratanı icarəyə götürəcək.

“Report” “Daily Express”ə istinadən xəbər verir ki, turinlilər 25 yaşlı ispaniyalı hücumçunu növbəti mövsümün sonunda 45 milyon avroya birdəfəlik transfer etmək şərti ilə 17 milyon avro qarşılığında kirayələyəcək.

Qeyd edək ki, ötən yay İspaniyanın “Real Madrid” klubundan 70 milyon funt-sterlinqə transfer olunan Morata cari mövsümdə 29 oyuna çıxaraq, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. O, 2014 – 2016-ci illərdə də “Yuventus”un formasını geyinib.

Son xəbərlər

Orphus sistemi