"Yuventus" - "Milan" matçının vaxtı dəyişdirilib

"Yuventus" - "Milan" matçının vaxtı dəyişdirilib "Milan" oyunun keçiriləcəyi Doha şəhərinə vaxtında uça bilməyib
Futbol
21 Dekabr , 2016 01:17
Yuventus - Milan matçının vaxtı dəyişdirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ İtaliyanın "Milan" futbol klubu ölkə Superkuboku matçına vaxtında yetişə bilməyib.

"Report" xəbər verir ki, komanda üzvləri dekabrın 20-də təyyarə reysinin 1 saat yarım gecikməsi, ardınca isə ümumiyyətlə ləğvi səbəbindən "Yuventus" ilə oyunun keçiriləcəyi Doha şəhərinə vaxtında gedə bilməyiblər.

"Milan News" nəşrinin məlumatına görə, komandanın uçuşu dekabrın 21-nə keçirilib, Turin komandası ilə oyun isə cümə günü, dekabrın 23-də baş tutacaq.

Xatırladaq ki, "Yuventus" ötən mövsüm İtaliya çempionu və ölkə Kubokunun qalibi olub, "Milan" isə Kubokun finalçısıdır.

Son xəbərlər

Orphus sistemi