"Yuventus" koronavirusa görə Ronaldunu sata bilər

"Yuventus" koronavirusa görə Ronaldunu sata bilər İtaliya təmsilçisi “Yuventus” koronavirus pandemiyası ilə əlaqədar kluba dəyən maddi ziyana görə Kriştianu Ronaldunu sata bilər.
Futbol
31 Mart , 2020 12:04
Yuventus koronavirusa görə Ronaldunu sata bilər

İtaliya təmsilçisi “Yuventus” koronavirus pandemiyası ilə əlaqədar kluba dəyən maddi ziyana görə Kriştianu Ronaldunu sata bilər.

“Report” “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, mövsüm bərpa olunandan sonra Turin təmsilçisinin iqtisadi problemlər səbəbindən 35 yaşlı hücumçuya eyni maaşı vermək ehtimalı azdır.

Portuqaliyalı oyunçu hazırda “Yuventus”dan ildə 31 milyon avro qazanır.

Bildirilib ki, problemi həll etməyin yolu Ronaldunu başqa kluba satmaqdır. Klub 70 milyon avro kimi təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Ronaldu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi