Yuxarı

​"Yuventus" klubunun avtobusuna partlayıcı maddə atılıb

Xəsarət alan olmayıb

Bakı. 20 fevral. REPORT.AZ/ İtaliya A Seriyasında "Bolonya" və "Yuventus" komandalarının görüşündən əvvəl insident baş verib. "Report"un məlumatına görə, xarici KİV-lər "Yuventus"un futbolçularını daşıyan avtobusun oyunun keçirildiyi "Renato Dall Ara" stadionunun yaxınlığında hücuma məruz qaldığını yazıb.

Belə ki, azarkeşlər futbolçular avtobusdan düşən zaman partlayıcı maddə atıblar. Məlumata görə, xəsarət alan olmayıb.

"Yuventus" tərəfi bu addımın mədəni hərəkət olmadığını, şiddət və xuliqanlıq halı kimi qiymətləndirib.

Qeyd edək ki, "Bolonya" - "Yuventus" matçı qolsuz bərabərliklə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi