​"Yuventus" klubu ardıcıl 5-ci dəfə İtaliya çempionu olub

​"Yuventus" klubu ardıcıl 5-ci dəfə İtaliya çempionu olub Bu, Turin klubunun 32-ci çempionluğudur
Futbol
25 Aprel , 2016 20:49
​Yuventus klubu ardıcıl 5-ci dəfə İtaliya çempionu olub

Bakı. 25 aprel. REPORT.AZ/ "Yuventus" klubu ardıcıl 5-ci dəfə İtaliya çempionu olub.

"Report"un məlumatına görə, çempionluq "A" Seriyasının XXXV turunda "Napoli"nin səfərdə "Roma"ya 0:1 hesabı ilə uduzmasından sonra müəyyənləşib.

Sona 3 tur qalmış xallarını 85-ə çatdıran Turin komandası ikinci pillədəki "Napoli"ni 12 xal qabaqlayır. Üçüncü yerdə gedən "Roma"nın isə 71 xalı var.

"Yuventus" tarixində 32-ci dəfə İtaliya çempionu olub və ölkə klubları arasında ən yüksək nailiyyətə imza atıb. Əvvəllər "Qoca Sinyora" 1930 - 1935-ci illərdə də ardıcıl 5 dəfə qızıl medallara yiyələnib.

Son xəbərlər

Orphus sistemi