"Yuventus" klubu 10 yaşlı futbolçu transfer edib - VİDEO

"Yuventus" klubu 10 yaşlı futbolçu transfer edib - VİDEO Artıq bəziləri Rəşidi "yeni Messi" adlandırır
Futbol
11 Oktyabr , 2016 09:23
Yuventus klubu 10 yaşlı futbolçu transfer edib - VİDEO

Bakı. 11 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu 10 yaşlı fələstinli futbolçu Rəşid əl-Həcəvi ilə müqavilə bağlayıb.

"Report"un məlumatına görə, Əl-Həcəvi "Youtube"dakı bir neçə videorolik sayəsində məşhurlaşıb. Həmin görüntülərdə o, əla texnikasını nümayiş etdirir.

Əl-Həcəvi Norveçdə fələstinli ailədə doğulub. O, artıq "Yuventus"un stadionuna baş çəkib və həmyaşıdları ilə klub bazasında ilk məşqinə çıxıb. Artıq bəziləri Rəşidi "yeni Messi" adlandırır.

Son xəbərlər

Orphus sistemi