"Yuventus" İtaliya çempionatında ardıcıl qələbələrin sayına görə rekord müəyyən edib - VİDEO

"Yuventus" İtaliya çempionatında ardıcıl qələbələrin sayına görə rekord müəyyən edib - VİDEO Komanda evdə qazanılan ardıcıl qələbələrin sayını 26-ya çatdırıb
Futbol
9 Yanvar , 2017 04:20
Yuventus İtaliya çempionatında ardıcıl qələbələrin sayına görə rekord müəyyən edib - VİDEO

Bakı. 9 yanvar. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 19-cu turunda "Yuventus" öz meydanında "Bolonya" üzərində 3:0 hesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, oyunda Qonsalo İquain dubla imza atıb (7 və 54-cü dəqiqələr), daha bir qolu isə penaltidən Paulo Dibala vurub (41).

Turin klubu aktivində 45 xal ilə turnir cədvəlində liderliyini əminliklə davam etdirir. Yaxın izləyicisi "Roma" "Yuventus"dan 4 xal geri qalır.

"Yuventus" evdə qazanılan ardıcıl qələbələrin sayını 26-ya çatdıraraq İtaliya çempionatları tarixində rekord müəyyən edib.

Son xəbərlər

Orphus sistemi