"Yuventus" "İnter"ə qalib gələrək liderliyini möhkəmləndirib - VİDEO

"Yuventus" "İnter"ə qalib gələrək liderliyini möhkəmləndirib - VİDEO Görüşün taleyini bir qol həll edib
Futbol
6 Fevral , 2017 02:09
Yuventus İnterə qalib gələrək liderliyini möhkəmləndirib - VİDEO

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "Yuventus"la "İnter" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, görüşün taleyini bir qol həll edib.

45-ci dəqiqə Xuan Guadrado "Qoca Sinyora"nın qələbə topunu vurub.

Bununla da "Yuventus" xallarını 54-ə çatdıraraq, liderliyini davam etdirib. Hazırda Turin komandasının ehtiyatda bir oyunu qalsa da, ən yaxın izləyicisi "Napoli"ni 6 xal üstələyir. Fevralın 7-də keçiriləcək turun son matçında "Roma" "Fiorentina"ya qalib gələrsə, xallarını 50-yə yüksəldərək, ikinci pilləyə qalxacaq və liderdən 4 xal geridə qalacaq. "İnter" isə 42 xalla 5-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi