"Yuventus" futbol klubu yeni loqotipini təqdim edib

"Yuventus" futbol klubu yeni loqotipini təqdim edib Yeni loqotip iyul ayından istifadə olunacaq
Futbol
17 Yanvar , 2017 02:41
Yuventus futbol klubu yeni loqotipini təqdim edib

Bakı. 17 yanvar. REPORT.AZ/ İtaliyanın "Yuventus" futbol klubu rəsmi olaraq yeni loqotipini və komandanın vizual tərtibatını təqdim edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin məlumatında deyilir.

Jurnalistlər üçün qapalı olan tədbir bazar ertəsi axşam keçirilib və klubun rəsmi saytı vasitəsi ilə birbaşa yayımlanıb. Yeni loqotip klub prezidenti Andrea Anyelli tərəfindən təqdim olunub. O, loqotipin bu ilin iyul ayından istifadə olunacağını bildirib.

"Yeni loqotip bizim mənsubluq hissimizi və bizə seçdiyimiz yol ilə birgə getməyə imkan verən xüsusi üslubumuzu rəmzləşdirir", - deyə prezident qeyd edib.

Son xəbərlər

Orphus sistemi