“Yuventus” dördüncü dəfə ardıcıl olaraq İtaliya çempionu olub

“Yuventus” dördüncü dəfə ardıcıl olaraq İtaliya çempionu olub Bu, “Qoca senyora”nın 31-ci çempionluq tituludur
Futbol
2 May , 2015 23:18
“Yuventus” dördüncü dəfə ardıcıl olaraq İtaliya çempionu olub

Bakı. 2 may. REPORT.AZ/ Turinin "Yuventus" klubu səfərdə Genuyanın “Sampdoriya” klubu üzərində qələbə qazanıb və vaxtından əvvəl futbol üzrə İtaliya çempionatının qalibi olub.

“Report” xəbər verir ki, 34-cü tur çərçivəsində baş tutan görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qələbə qolunun müəllifi Arturo Vidal olub (32-ci dəqiqə).

“Yuventus” bu qələbə sayəsində yaxın izləyicisi “Latsio” ilə xal fərqini 17-yə çatdırıb.

Bu çempionluq titulu “Qoca senyora” üçün 31-ci və ardıcıl dördüncü olub.

Son xəbərlər

Orphus sistemi