"Yuventus" Dibalanı 90 mln. avroya "Barselona"ya satmaqdan imtina edib

"Yuventus" Dibalanı 90 mln. avroya "Barselona"ya satmaqdan imtina edib Dibala: "Belə təkliflərdən imtina etmək asan iş deyil"
Futbol
22 Oktyabr , 2016 04:34
Yuventus Dibalanı 90 mln. avroya Barselonaya satmaqdan imtina edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun hücumçusu Paulo Dibala "Barselona"nın onunla ciddi maraqlandığını, lakin Turin komandasının onu buraxmaq istəməməsini təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə "So Foot Club" jurnalına istinadən "Calciomercato.com" nəşri yazıb.

"Mən İquainlə yanaşı oynamaqdan qürur duyuram. "Yuventus" məni 90 milyon avroya "Barselona"ya satmaqdan imtina etdi və mən buna görə öz klubuma minnətdar olmalıyam. Bu onların mənə inanmasından xəbər verir. Belə təkliflərdən imtina etmək asan iş deyil. Mən "Yuventus"da çıxışımı davam etdirməkdən şadam, bu dünyanın ən yaxşı klublarından biridir. Əgər mən nə vaxtsa buradan getməli olsam, bunu yalnız turinlilərin istəyi ilə edəcəyəm. Biz Çempionlar Liqasını qazanmaq istəyirik. Niyə də olmasın? Lakin Argentina yığması ilə dünya çempionu olmaq daha yaxşı olardı. Bu baş verərsə, mən dəli olaram", — deyə Dibala bildirib.

Son xəbərlər

Orphus sistemi