Bakı. 15 mart. REPORT.AZ/ "Yuventus" İtaliya A Seriyasının qar yağması səbəbindən təxirə salınmış 26-cı tur matçında "Atalanta"nı məğlub edib.
“Report” xəbər verir ki, Turinin "Alyans" arenasında keçirilən görüş ev sahibləriтin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Bu qələbə "Qoca Sinyora"ya yaxın izləyicisi olan "Napoli"dən 4 xal aralanmağa imkan verib.
Qalib komandanın heyətində hücumçu Qonsalo İquain və yarımmüdafiəçi Blez Matuidi fərqlənib.
Hazırda Turin klubunun aktivində 74 xal var. Massimiliano Alleqrinin yetirmələri A Seriyasında liderliyini davam etdirir. "Atalanta" (41) 8-ci pillədə qərarlaşıb.