Yuxarı
    Bağlamaq

    ​"Yuventus" Alvaro Morata ilə yollarını ayırıb

    Futbolçu Real Madriddə çıxış edəcək

    Bakı. 6 iyul. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu futbolçusu Alvaro Morata ilə yollarını ayırıb. 

    "Report"un məlumatına görə, Morata bundan sonra İspaniya "Real Madrid"inin uğurları üçün çalışacaq.

    Transfer 22 yaşlı futbolçunun Turin təmsilçisi ilə olan müqavilə şərtlərinə əsasən həyata keçirilib. 2014-cü ildə elə Madrid təmsilçisindən "Yuventus"a keçən Moratanın müqaviləsində geri alma maddəsi də yer alıb.

    Qeyd edək ki, Morata "Yuventus" forması ilə 47 oyuna çıxıb və 12 qol vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi