"Yuventus" Alleqri ilə razılığa gələ bilməyib

"Yuventus" Alleqri ilə razılığa gələ bilməyib İtaliyanın Yuventus klubunun rəhbərliyi mayın 17-də baş məşqçi Massimiliano Alleqri ilə daha bir görüş keçirəcək. Tərəflər əməkdaşlığın uzadılması barədə hələ də razılığa gələ bilmirlər.
Futbol
17 May , 2019 01:54
Yuventus Alleqri ilə razılığa gələ bilməyib

İtaliyanın "Yuventus" klubunun rəhbərliyi mayın 17-də baş məşqçi Massimiliano Alleqri ilə daha bir görüş keçirəcək. Tərəflər əməkdaşlığın uzadılması barədə hələ də razılığa gələ bilmirlər.

"Report" xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsionun saytı yazıb.

Alleqri "Yuventus"un bosları ilə artıq iki dəfə görüşüb. Mayın 16-da baş tutan əvvəlki görüşdə baş məşqçi ilə turinlilərin prezidenti Andrea Anyelli, klubun direktoru Pavel Nedved və idman direktoru Fabio Paratiçi görüşüb.

Alleqri görüşlərdə "Yuventus" rəhbərliyindən əmək haqqının sanballı şəkildə artırılması şərti ilə 2022-ci ilə qədər müqavilə imzalanmasını istəyib. 51 yaşlı mütəxəssis eləcə də, transfer məsələlərində, həmçinin müdafiə və yarımmüdafiənin möhkəmləndirilməsinə vəsaitin ayırlması işində daha çox imtiyaz əldə etmək tələbi irəli sürüb.

Son xəbərlər

Orphus sistemi