Yuxarı

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib
Klubun xalis gəliri 42,6 milyon avro təşkil edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Yuventus" rəsmi saytında 2016/17-ci maliyyə ilinin yekunu üzrə rekord gəlir əldə etdiyini bəyan edib.

"Report" xəbər verir ki, Turin klubu iyunun 30-da başa çatan bir illik dövr ərzində 562,7 milyon avro qazanıb.

Klubun xalis gəliri 42,6 milyon avro təşkil edib.

"Yuventus" 2015/16-cı maliyyə ili ilə müqayisədə təqribən 200 mln. avro (387,9 mln. avrodan), 40 mln. avro (4,1 mln. avrodan) artıb.

"Yuventus" ötən mövsüm ölkə çempionatı və İtaliya Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının finalına qədər yüksəlib və orada "Real"a məğlub olub (1:4).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi