Yuxarı
    Bağlamaq

    "Yuventus" 20 yaşlı hücumçu ilə müqavilə bağlayıb

    Turin klubu anlaşdığı futbolçunu keçmiş klubuna icarəyə verib

    Bakı. 31 yanvar. REPORT.AZ/ İtaliyanın "Askoli" klubunun futbolçusu Rikkardo Orsolini "Yuventus"la müqavilə bağlayıb. "Report"un məlumatına görə, 20 yaşlı hücumçu ilə anlaşma 30 iyun 2021-ci ilədək nəzərdə tutulub.

    Transfer məbləği isə 6 milyon avro təşkil edir. "Askoli" oyunçunun Turin komandasında çıxışından asılı olaraq, daha 4 milyon avro qazana bilər. Amma Orsolini mövsümün qalan hissəsini artıq keçmiş klubunda icarə əsasında keçirəcək.

    Qeyd edək ki, Rikkardo Orsolini bu mövsüm İtaliya B Seriyasında 22 oyuna 4 qol vurub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi