Yuri Maksimov: "Qəbələ"ni yenməyə gücümüzün olub-olmadığını oyundan sonra demək olar"

Yuri Maksimov: "Qəbələ"ni yenməyə gücümüzün olub-olmadığını oyundan sonra demək olar" Bakı. 12 may. REPORT.AZ/ Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. Qarabağ” isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm.
Futbol
12 May , 2018 19:33
Yuri Maksimov: Qəbələni yenməyə gücümüzün olub-olmadığını oyundan sonra demək olar

Bakı. 12 may. REPORT.AZ/ "Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. "Qarabağ” isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov evdə "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis oyun zamanı komandanın futbolçusu Vaqif Cavadovla yaşadığı gərginliyin səbəbini açıqlayıb:

"Bizim oyun quruluşumuz var. Buna uyğun oynamaq lazımdır. Lakin 3:0 hesabından sonra futbolçular fərqli cür oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz".

Maksimov öz ölkəsinin mətbuatında Ukrayna klublarından biri ilə danışıqlar apardığına dair xəbərlərə belə münasibət bildirib: "Mən belə bir xəbərlə qarşılaşmamışam".

"Keşlə"nin baş məşqçisi Azərbaycan Kubokunun finalında "Qəbələ"ni yenməyə güclərinin olub-olmadığına dair suala da qəti cavab verməyib: "Bunu yalnız oyundan sonra demək olar".

Son xəbərlər

Orphus sistemi