Yuri Maksimov: "Komandamız 60 dəqiqə tab gətirdi"

Yuri Maksimov: "Komandamız 60 dəqiqə tab gətirdi" "Heç-heçəni yaxşı nəticə hesab edirəm"
Futbol
1 Aprel , 2018 21:08
Yuri Maksimov: Komandamız 60 dəqiqə tab gətirdi

Bakı. 1 aprel. REPORT.AZ/ "Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komanda üz-üzə gəldilər. Oyun maraqlı alındı. Təxminən 60 dəqiqə yaxşı oynadıq. Biz əvəzetmə edəndə, gənclər meydana çıxırdı. Hansı ki, bu yaxınlara kimi əvəzedicilərdə oynayırdı. "Qarabağ”da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna görə, heç-heçəni yaxşı nəticə hesab edirəm".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Əvəzedici heyətin üzvlərinə güvəndiyinizi dediniz. Bunun günahı kimdədir? Komanda niyə yetərincə transfer həyata keçirməyib?

- Bu mövzu barədə danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, əlimizdə olan "material”dan tam istifadə edirik.

Demək olarmı ki, klubun qış transfer siyasəti iflasa uğradı?

- Məni düzgün başa düşün. Güclü futbolçu 4 aya müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz.

Fasilədən sonra komanda necə təsir bağışlayır? İrəliləyiş varmı?

- Mən bayaq da qeyd elədim. Komanda bu gün 60 dəqiqə tab gətirdi. Sonra isə o qədər də yaxşı təsir bağışlamadı.

Rəhbərliyin qarşısına futbolçularla uzunmüddətli müqaviləni şərt qoya bilməzdiniz?

- Büdcə çərçivəsində hərəkət etmişik. Ancaq sonra həmin futbolçuların tələb etdiyi məbləği verə bilmədik. Buna görə transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm.

Kamran Ağayevin zədəsi ciddi deyil?

- Həkimlər hələ bu barədə heç nə deməyiblər. Onlarla danışdıqdan sonra Kamranın vəziyyətinə aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi