Yuri Maksimov: "Final matçında sürpriz edə bilməyəcəyik"

Yuri Maksimov: "Final matçında sürpriz edə bilməyəcəyik" "Çünki komandada zədəli oyunçularımız var"
Futbol
28 Aprel , 2018 18:33
Yuri Maksimov: Final matçında sürpriz edə bilməyəcəyik

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə “Neftçi”yə qalib gələn (2:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Uşaqlara təşəkkür edirəm. Vaqif Cavadovun oğlu dünyaya gəlib. Uşaqlar bu qələbəni ona həsr etdilər. Onlara deyirəm ki, formanın arxasında sizin adınız var. Siz öz adınız üçün, ailəniz üçün oynamalısız. Buna görə onlar meydanda sona kimi mübarizə aparırlar. Qələbəyə görə onlara təşəkkür edirəm.

Fasilədə Kamran Ağayevi əvəzləməyinizə səbəb nə idi?

- Onun ayağı burxulmuşdu. Buna görə, əvəzlənməyini istədi.

İlk hissənin sonunda Kamran Ağayev Slavik Alxasovu söydü. Daha sonra ehtiyat oyunçular skamyasında əyləşmiş oyunçulardan kimləsə də mübahisə etdi. Əvəzləməyə səbəb bu deyil ki?

- Onu zədəsinə görə əvəzlədim. O ki qaldı mübahisəyə, bu, komanda daxilində olan bir şeydir. Ehtiyat oyunçular skamyasında olmamasının səbəbi onun həkimlə getməsi idi.

Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Kubokun finalında da bu komanda ilə üz-üzə gələcəksiz...

- Biz sürpriz edə bilməyəcəyik. Çünki komandada zədəli oyunçularımız var. Heyətimiz kasaddır. Futbolçularıma da deyirəm ki, çıxın öz adınız üçün oynayın.

Son xəbərlər

Orphus sistemi