Yuri Maksimov: "Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq"

Yuri Maksimov: "Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq" Qəbələ. 28 may. REPORT.AZ/ Keşlənin baş məşqçisi Yuri Maksimov Azərbaycan Kubokunun finalında Qəbələyə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib.
Futbol
28 May , 2018 23:38
Yuri Maksimov: Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq

Qəbələ. 28 may. REPORT.AZ/ "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Kubokunun finalında "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib.

Ukraynalı mütəxəssis "Report"un Qəbələyə ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb:

- Oyun necə keçdi?

- "Qəbələ"nin güclü tərəflərini bilirdik. Əsas silahları irəlidə oynayan 3 legionerdi. Onların vasitəsilə hücuma çox sürətli çıxırdılar. Biz çalışdıq ki, öz yarım sahəmizdə onlara oynamağa imkan verməyək. Bunun üzərində çox çalışmışdıq.

- "Qəbələ"nin start heyəti sizin üçün sürpriz deyildi?

- Onlar sxemi dəyişmişdilər, "4-4-2" oynamadılar. Amma bu, elə də sürpriz olmadı. Baqali Dabo sol cinahda yarımmüdafiə-hücum qarışığı kimi oynayırdı. Filip Ozobiç də mərkəzdə yox idi. Onlar da bizim kimi 3-4-3 şərti düzülüşü ilə meydana çıxmışdılar.

- Güzgü sxemi...

- Bəli, biz onların 3 hücumçusunu mərkəzdə zərərsizləşdirməyə çalışdıq. Düşünürəm ki, şans da bizim yanımızda idi. Çünki futbolda şansın köməyi olmadan uğur qazanmaq çətindir. Biz də 0:1 hesabı ilə uduza bilərdik. Nəticədən razıyıq.

- Əsas sual: sonra necə olacaq?

- Bu artıq bizim yox, AFFA-nın məsələsidir.

- Sizin karyeranızı soruşuruq...

- Bilmirəm, gözləyək, görək nə olacaq. Amma düşünürəm ki, yəqin Zaur Axundov da qalmağımı istəyir. Mən də bunun əleyhinə deyiləm. Lakin avrokuboklarda uğur qazanmaq istəyiriksə, ciddi dəyişikliklər etməli, güclənməliyik.

- Həmyerliniz Roman Qriqorçuk artıq istefasını elan etdi. Necə düşünürsünüz: onun Azərbaycandakı karyerası alındı?

- Düşünürəm ki, o burada çox yaxşı işlər gördü. Ukraynada da haqqında yaxşı fikir formalaşıb.

- Qarşıda avrokuboklara çox az zaman qalıb. Komandadakı taleyiniz bəlli deyil...

- Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq. Konkret heç də məlum deyil. Yeni müqavilə imzalayacağıqsa, bunların hamısını danışmalıyıq.

Son xəbərlər

Orphus sistemi