Yuxarı

​Yurgen Klopp "Fənərbağça" klubunun baş məşqçisi olacaq

Almaniyalı mütəxəssis klub prezidenti ilə görüşüb

Bakı. 18 may. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) futbol klubunun baş məşqçisi Yurgen Klopp yeni mövsümdən Türkiyə "Fənərbağça"sını çalışdıracaq. "Report"un "Sabah"a istinadən verdiyi məlumata görə, artıq almaniyalı mütəxəssis həyat yoldaşı və meneceri ilə birgə İstanbulda olub.

Xüsusi təyyarə ilə Türkiyəyə gələn Y.Klopp komandanın Düzcə bölgəsindəki bazasında olub və klub prezidenti Əziz Yıldırımla görüşüb. Artıq 48 yaşlı baş məşqçi ilə razılığın əldə olunduğu və onun yeni mövsümdən komandanın baş məşqçi postunda fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində Almaniyanın "Maynts" klubunda da baş məşqçi kimi çalışıb. Hazırda Dortmund "Borussiya"sında fəaliyyətini davam etdirən mütəxəssis 2 dəfə Almaniya Bundesliqasının (2011, 2012), 1 dəfə Almaniya kubokunun (2012), 2 dəfə Almaniya Super Kubokunun (2013, 2014) qalibi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi