Yunis Hüseynov: "Hazırkı "Kəpəz" I Divizion səviyyəsindədir"

Yunis Hüseynov: "Hazırkı "Kəpəz" I Divizion səviyyəsindədir" "Bunu açıq şəkildə deyirəm"
Futbol
2 Dekabr , 2017 16:50
Yunis Hüseynov: Hazırkı Kəpəz I Divizion səviyyəsindədir
Yunis Hüseynov

Gəncə. 2 dekabr. REPORT.AZ/ "Əslində, oyunla bağlı fikri bildiriləsi bir şey yoxdur. Hər şey göz qabağında idi. “Sumqayıt” yaxşı oyunla qalib gəldi. Təbrik edirəm". 

"Report"un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XIV turunda “Sumqayıt”a evdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis komandasından narazılığını bildirib...

- "Binə"yə 3:0 hesabı ilə qalib gəldiyimiz Azərbaycan Kubokunun 1/8 final oyununu çıxıram. Heç qalib gəldiyimiz həmin matçda da komandamın oyunundan razı qalmadım. “Kəpəz” çempionatda rəhbərliyim altında 2 oyuna 9 qol buraxdı. Bu da onu göstərir ki, komandada çatışmazlıqlar həddən artıq çoxdur. İndiki komandamız I Divizion səviyyəsindədir. Bunu açıq şəkildə deyirəm. Örtülü bazar, dostluğu pozar. Bəhanə etmirəm, “Kəpəz”ə çətinliyi görə gəlmişəm. Ancaq “Binə”yə 3:0 hesabı ilə qalib gəldiyimiz matçda da komanda oyunu ilə I Diviziondakı rəqibindən heç də fərqlənmirdi. Belə olmasaydı, çempionatda 2 oyuna 9 qol buraxmazdıq.

- Belə demək olarmı ki, qış fasiləsində heyəti 90 faiz dəyişməlisiniz? Buna maddi gücünüz çatacaqmı?

- Bu gün ilk dəfə idi paltardəyişmə otağında futbolçulara dedim ki, kim özünü kubokda göstərəcək, komandada qalacaq. Qalmayacaq, göndəriləcək. Yalnız bu gün komanda ilə belə söhbətim oldu. Belə getmək olmaz. Xarakter göstərmək lazımdır. Hamıya şans verilir, ancaq ümidləri doğrultmurlar. Eybi yoxdur, komandada 13 futbolçu olacaq, ancaq can yandıranlar qalacaq. Lazım gəlsə, əvəzedicilərdən futbolçular götürəcəyik. Ancaq əsas komandada boş yerə heç kim qalmayacaq.

Son xəbərlər

Orphus sistemi