Yunis Hüseynov: "Çalışmalıyam ki, milli komandaya köməyim dəysin"

Yunis Hüseynov: "Çalışmalıyam ki, milli komandaya köməyim dəysin" AFFA rəhbərliyi ilə görüşüm oldu. Baş katib Elxan Məmmədov bu işi mənə təklif etdi və məmnuniyyətlə qəbul etdim. Göstərilən etimada görə onlara təşəkkürümü bildirirəm.
Futbol
8 Oktyabr , 2019 17:17
Yunis Hüseynov: Çalışmalıyam ki, milli komandaya köməyim dəysin
Yunis Hüseynov

"AFFA rəhbərliyi ilə görüşüm oldu. Baş katib Elxan Məmmədov bu işi mənə təklif etdi və məmnuniyyətlə qəbul etdim. Göstərilən etimada görə onlara təşəkkürümü bildirirəm".

Bunu "Report"a açıqlamasında AFFA-nın texniki direktorunun müavini vəzifəsinə təyin olunan Yunis Hüseynov deyib.

Almaniyalı Bernhard Lippertin rəhbərliyi altında fəaliyyətə başlayan 54 yaşlı mütəxəssis milli assosiasiya ilə bir illik müqavilə imzaladığını bildirib. Hüseynov Lippertlə ilk görüşdə gələcək planlar barədə söhbət etdiklərini vurğulayıb: "Hazırda U-19 və U-21 yığmalarına nəzarət edirəm. Komandalara öz fikirlərimi bildirəcəyəm. Bu işi mənə tapşırdılar, çalışmalıyam ki, belə bir məsuliyyətli vəzifədə milli komandaya köməyim dəysin. Öz təcrübəmlə, bilik və savadımla yığmaya dəstək olmaq istəyirəm. Bunadək milli komandalarla işləməmişdim. İndi isə onlara nəzarət edirəm. İnanıram ki, mənim də köməyim dəyə bilər. Artıq 5-6 gündür ki, işə başlamışam".

Ötənlərin tanınmış yarımmüdafiəçisinin fikrincə, futbolçular U-19 və U-21 millilərindən sonra əsas komanda səviyyəsinə çatmalıdırlar: "Bu baxımdan, oyunçuların özlərindən çox şey asılıdır. Öz üzərlərində işləməlidirlər ki, əsas millidə oynaya bilsinlər. U-21-dən sonra məqsəd bu olmalıdır. Hamımız birgə çalışmalıyıq ki, 19 və 21 yaşlılardan ibarət milli komandalarımız yaxşı nəticə göstərsinlər. Ondan sonra isə futbolçular əsas yığmada şans əldə edib, milliyə kömək etməlidirlər".

Qeyd edək ki, Yunis Hüseynov baş məşqçi karyerası ərzində "Karvan", "Standard", "Xəzər Lənkəran" və "Kəpəz" komandalarına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi