Yunanıstanda futbol çempionatları dayandırılıb

Yunanıstanda futbol çempionatları dayandırılıb Beynəlxalq Hakimlər Komitəsinin evi yanıb
Futbol
10 Noyabr , 2016 09:52
Yunanıstanda futbol çempionatları dayandırılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Yunanıstanda futbol üzrə ölkə çempionatı dayandırılıb.

"Report"un məlumatına görə, buna səbəb Beynəlxalq Hakimlər Komitəsinin sədri Giorgis Bikasın evinin yandırılmasıdır.

Yerli futbol federasiyası qeyri-müəyyən müddətə ölkədəki bütün peşəkar futbol yarışlarını dayandırıb. Artıq məsələ ilə bağlı FİFA-ya müraciət olunub.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi